Rusiyada ağır yol qəzası olub - Ölənlər və xəsarət alanlar var

 23:38 30.04.2021     442

Rusiyada sərnişin avtobusu aşıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 2 nəfər həlak olub, daha 32 nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisə Xabarovskda, Lidoqa yaşayış məntəqəsindən 140 kilometr məsafədə baş verib. Avtobus yoldan çıxaraq küvetə (şose boyunca uzanan xəndək) aşıb. Qəza yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.

TASS agentliyi isə bildirib ki, qəzaya sürücünün avtobusa idarəetməsi səbəb olub. Agentlik xəsarət alanların dəqiq sayını açıqlamayıb. //Report