Yaponiyada güclü zəlzələ olub

 12:28 01.05.2021     388

Yaponiyanın şimal-şərqindəki Miyaqi vilayəti yaxınlığında 6.8 bal gücündə zəlzələ baş verib.

Redaktor.az bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat verib.

Yeraltı təkanlar yerli vaxtla saat 10:27-də qeydə alınıb. Zəlzələnin episentri 51 km dərinlikdə yerləşib.

"Kyodo" agentliyinin xəbərinə görə, Miyaqinin cənubundakı nüvə elektrik stansiyalarında problem yaranmayıb.

Orxan İsmayılov / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən