Berluskoni xəstəxanadan evə buraxılıb

İtaliyanın sabiq Baş naziri Silviyo Berluskoni Milanın “San Raffaele” xəstəxanasından evə buraxılıb.
Redaktor.az bildirir ki, bu barədə “Sky Tp24” telekanalı xəbər yayıb.
84 yaşlı siyasətçi Arkordakı villasına yollanıb.
Xatırladaq ki, aprelin 6-da xəstəxanaya müayinə üçün yollanan Berluskoni həkimlərin məsləhəti ilə orada qalmalı olub. //Oxu.az