İranda daha 332 nəfər koronavirusdan ölüb

İranda son sutkada koronavirusa 17 080 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 332 nəfər COVID-19-dan ölüb.
İranda koronavirusa yoluxanların ümumi sayı 2 516 157, ölənlərin sayı isə 72 090 nəfərdir.
Orxan İsmayılov / Redaktor.az