ABŞ-da daha 1040 nəfər ölüb - COVID-19

ABŞ-da son gündə koronavirusa 56 658 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat verib.
Qeyd olunub ki, ölkədə daha 1 040 nəfər COVID-19-dan ölüb.
ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 32 346 833, ölənlərin sayı isə 576 239 nəfərdir.
Orxan İsmayılov / Redaktor.az