Türkiyədə daha 373 nəfər ölüb - COVID-19

Türkiyədə son gündə koronavirusa 28 817 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ölkədə daha 373 nəfər COVID-19-dan ölüb.
Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 4 849 408, ölənlərin sayı isə 40 504 nəfərdir.
Orxan İsmayılov / Redaktor.az
