Türkiyə ordusu şəhid verib

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.
Redaktor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, İraqın Şimalındakı "Pençe-Yıldırım" hərəkatı bölgəsinə terrorçuların həyata keçirdiyi hücum nəticəsində bir hərbçi şəhid olub.
Bölgədə əməliyyatların davam etdirildiyi vurğulanıb.
Orxan İsmayılov / Redaktor.az