Düşənbədə güclü partlayış olub

 11:23 02.05.2021     220

Ötən gecə Düşənbənin Zarafşon mikrorayonundakı yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.

Redaktor.az xəbər verir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var. Onların sayı haqqında hələ ki, məlumat verilmir. Xəstəxanaya yanğın diaqnozu ilə 29 nəfər çatdırılıb. Onların 5-i ağır vəziyyətdədir.

Partlayış zamanı alovun hündürlüyü 50 metrə çatıb, yaxınlıqdakı evlərə ziyan dəyib. Hadisə yerinə gələn 10 yanğınsöndürən maşın bir neçə saat ərzində yanğını söndürə bilib.

Partlayışın səbəbləri araşdırılır. //AZƏRTAC