İranda kimya zavodunda partlayış olub

 13:15 02.05.2021     438

İranın Qum şəhərində yerləşən kimyəvi zavodda yanğınla nəticələnən partlayış baş verib.

Redaktor.az bildirir ki, bu barədə  “Fars” agentliyi məlumat verib.

Hadisə yerli vaxtla 06:02-də (Bakı vaxtı ilə 05:32) Moldan kimya zavodundakı sənaye zonasında qeydə alınıb.

Güclü yanğından sonra bir neçə partlayış baş verib. Hadisə yerinə 150 yanğınsöndürən və canlı qüvvə cəlb edilib. Zavodun bir hissəsi boşaldılıb. //Report.az