Çilidə güclü zəlzələ olub

Çilidə 5.8 bal gücündə zəlzələ baş verib.
Redaktor.az bildirir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat yayıb.
Yeraltı təkanlar Çokuimbo şəhərindən 31 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 30,7 kilometr dərinlikdə yerləşib.
Ölən və xəsarət alanların olmadığı bildirilir.
Orxan İsmayıl / Redaktor.az