ABŞ-da daha 490 nəfər ölüb - COVID-19

ABŞ-da son gündə koronavirusa 45 303 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 490 nəfər COVID-19-dan ölüb.
ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 32,3 milyondan, ölənlərin sayı isə 576 mindən çoxdur.
Orxan İsmayılov / Redaktor.az