Brüsseldə etiraz aksiyası keçirilib

Belçikanın paytaxtı Brüsseldə koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib.
Redaktor.az bildirir ki, etiraz aksiyası zamanı polis əməkdaşları tərəfindən 132 etirazçı saxlanılıb.
Məlumata əsasən, saxlanılanlardan 127-si inzibati qaydada, 5-i isə məhkəmə qərarı ilə həbs edilib.
Ümumilikdə etiraz aksiyasında 2 minə yaxın insan iştirak edib. //Trend.az