İŞİD liderinin “sağ əli” İstanbulda tutulub

 17:46 02.05.2021     506

İki il öncə Suriyada öldürülən İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin “sağ əli” sayılan Basim ləqəbli əfqanıstanlı terrorçu ələ keçib.

Redaktor.az-ın məlumatına görə, terror qruplaşmasının hərbi qanadının rəhbəri olan Basim Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik orqanlarının birgə əməliyyatı nəticəsində İstanbulda yaxalanıb.

Terrorçunun 2019-cu ildə əl-Bağdadinin ölümünündən sonra qaçaq yollarla Türkiyə ərazisinə keçərək orada gizləndiyi bildirilib. //Oxu.az