Berlindəki mitinqlərdə yaralanan polislərin sayı artıb

 06:13 03.05.2021     73

Almaniyanın paytaxtı Berlindəki 1 May mitinqlərində yaralanan polislərin sayı 93-ə yüksəlib.

Redaktor.az bildirir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Məlumata görə, 354-dən çox mitinq iştirakçısı nəzarətə alınıb.

Qeyd edək ki, Berlində şəhərində nümayişçilərlə polis arasında qarşıdıurma baş verib.

Bu barədə şəhər polisinin mətbuat xidməti “Twitter” səhifəsində məlumat yayıb.

Nümayişçilər sanitariya tələblərinin pozulması səbəbindən saxlanılıb, lakin onların içərilərində elələri olub ki, polisə yandırıcı maddələr, daş və butulka atıblar. //APA