Güclü külək sərnişin təyyarəsini yerindən oynatdı - VİDEO

 04:08 03.05.2021     261

Çinin Szyansu əyalətinin Nantonq şəhərində şimşək və dolu ilə müşayiət olunan qasırğa nəticəsində 11 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Redaktor.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, şəhərin bir neçə bölgəsində yağan dolunun diametri 3 sm-ə qədər olub, küləyin sürəti isə  37,7-45,4 m/s-ə yüksəlib.

Əlverişsiz hava şəraitindən zərər görən ərazilərdən 3000-dən artıq insan təxliyyə edilib, evlərə, avtomobillərə və elektrik xətlərinə ciddi ziyan dəyib.

Sosial şəbəkələrdə yayılan kadrlardan birində isə güclü küləyin sərnişin təyyarəsini yerindən oynatdığı görünür. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən