Gürcüstanda daha 988 nəfər yoluxub - COVID-19

 00:24 03.05.2021     90

Gürcüstanda ötən sutka ərzində koronavirusa 988 yoluxma halı qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 312 445 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 21 nəfər ölüb, 1 595 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 151 nəfər, sağalanların sayı isə 293 052 nəfər təşkil edir. //Trend.az