Londonda etiraz aksiyası keçirilib

 23:59 02.05.2021     93

Londonda təhlükəsizlik güclərinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə qarşı etiraz aksiyası keçirilib.

Redaktor.az xəbər verir ki, “Qanunu öldür” (Kill the Bill) plakatlarını daşıyan aktivistlər Londonun tarixi “Trafalgar” meydanından Daxili İşlər Nazirliyinə yürüş ediblər.

Aktivistlər çıxışlarında etiraz hüququnun təhlükə altında olduğunu və polisə daha çox güc verilməsinə qarşı olduqlarını söyləyiblər.

Mitinq iştirakçılarından 9 nəfər həbs olunub.

Londondakına bənzər nümayişlər Bristol, Şefild, Mançester və Nyukasl şəhərlərində də təşkil edilib.

Qeyd edək ki, ölkədə koronavirus səbəbi ilə toplaşmaq və tədbirlərin keçirilməsi qadağandır. //Azərtac