Rusiyada sərnişin taksi sürücüsünə atəş açıb

 22:16 02.05.2021     245

Rusiyanın Perm şəhərində taksi sürücüsünə qarşı hücum faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

“Xanım sərnişin gediş qiymətinin çox yüksək olduğunu bildirib, sürücü isə onunla razılaşmayıb. Tərəflər arasında yaranan mübahisənin gedişində qadın travmatik tapanca vasitəsilə sürücüyə atəş açıb. Lakin o, hədəfdən yayınıb”, - deyə məlumatda bildirilib.

Taksi sürücüsünün yalnız kiçik cızıqlarla hadisədən qurtulduğu qeyd olunub. //Oxu.az