İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı - Gürcüstan

 10:12 03.05.2021     319

Bu gündən Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Redaktor.az bildirir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Qərar ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədər verilib.

“Yeni qaydalar mayın 3-dən 12-nə qədər davam edəcək. Qadağa taksilərə və şəhərlərarası nəqliyyata təsir etməyəcək”, - deyə bildirilib.

Qeyd edək ki, mart ayından Gürcüstanda koronavirusa yoluxma artır. Aprelin ortalarından ölkədə koronavirusun 3-cü dalğası xəbərdarlığı edilib. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən