Türkiyənin müdafiə naziri: “PKK-nın içində ermənilər də var”

 10:54 03.05.2021     119

“PKK kürd qardaşlarımızın təmsilçisi ola bilməz”.

Redaktor.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, Türkiyənin, Türkiyə Silahlı Qüvvələrinin kürdlərlə heç bir problemi yoxdur və bütün kürdlər Türkiyə Respublikasının bir nömrəli vətəndaşlarıdır:

“PKK heç bir halda kürd qardaşlarımızın təmsilçisi ola bilməz. Onsuz da əsasən onlarda kimlik problemi var. PKK-nın içində erməni də var, avropalı, afrikalı da var, təəssüf ki, türk də var. Dolayısı ilə PKK terror təşkilatıdır. Türkiyənin tək hədəfi terrorçulardır”. //APA