Hindistanda yoluxanların sayı 20 milyona çatır - COVID-19

 13:02 03.05.2021     344

Hindistanda son gündə koronavirusa 368 147 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, ölkədə daha 3 417 nəfər COVID-19-dan ölüb.

Hindistanda koronavirusa yoluxanların ümumi sayı 19 925 604, ölənlərin sayı isə 218 959 nəfərdir.

Orxan İsmayılov / Redaktor.az