Rusiya-Monqolustan sərhədində zəlzələ olub

Rusiya-Monqolustan sərhədində 5.5 bal gücündə zəlzələ baş verib.
Redaktor.az bildirir ki, yeraltı təkanların episentri Rusiyanın Anqarsk şəhərindən 269 km cənub-qərbdə və Monqolustanın Turt yaşayış məntəqəsindən 23 km cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb.
Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur. //APA