Rusiyada 6 yaşlı uşaq avtomobillə anasını öldürüb

Q
Rusiyanın Kursk vilayətində sükan arxasında oturan uşaq anasını vurub.
Redaktor.az xəbər verir ki, 6 yaşlı Maksim anası ilə məktəbdən qayıdarkən, qadın avtomobili saxlayaraq mağazaya daxil olub. O, avtomobili işlək vəziyyətdə qoyub. Uşaq sükan arxasına oturub, qaz pedalına basaraq avtomobili anasının üzərinə sürüb. Daha sonra isə yaxınlıqda olan başqa avtomobilə çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.
Ciddi xəsarət alan uşaq da xəstəxanaya yerləşdirilib.
Aysel Hacıyeva / Redaktor.az