Paşinyan İlham Əliyevdən danışdı: "Bəlkə hər şeyi ona özümüz çatdıraq?

 15:02 03.05.2021     473

Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün parlamentdə deputatların Azərbaycanla sərhəddə baş verənlər barədə sualları ilə üzləşib və əsəbiləşib.

Redaktor.az xəbər verir ki, deputat Taqui Tovmasyan Azərbaycanla sərhədin Sünik (Zəngəzur) və Qeqarkunik vilayətləri istiqamətindən keçən hissəsində sərhəd postlarının zəruri avadanlıqlarla təchiz olunmadığını, səngərlər, tranşeylər qazılmadığını deyib.

Paşinyan isə əsəbləşərək deyib ki, sərhədlər etibarlı şəkildə qurulur, amma bütün bu işlər məxfi şəkildə həyata keçirilir:

"Bəlkə İlham Əliyev kəşfiyyata pul xərcləməsin, ona hər şeyi biz çatdıraq? Bir az da keçsə koordinatları da göstərməyə başlayacaqlar. Baxın, burada yaxşı səngərlər var, amma orada səngərlər yoxdur, əlverişli dəhliz var... Ümumiyyətlə, biz başa düşürük ki, nə edirik?!". //Virtualaz.org

Vumart və Güvən reklamı Vumart Güvən