Ermənistan parlamenti Paşinyana "YOX" dedi

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanın Baş nazir postuna namizədliyinin lehinə qərar verməyib.
Redaktor.az-ın məlumatına görə, Paşinyanın namizədliyinin lehinə 1, əleyhinə 3 deputat səs verib, 75 nəfər bitərəf qalıb.
Parlamentin spikeri Ararat Mirzoyan N.Paşinyanın Baş nazir seçilmədiyini elan edib.
Qeyd edək ki, Ermənistanda növbədənkənar seçkilərin bu il iyunun 20-də keçirilməsi gözlənilir. Seçkilərlə əlaqədar Baş nazir postundan istefa verən N.Paşinyan hazırda bu vəzifəni müvəqqəti icra edir. Parlamentdə bu gün keçirilmiş səsvermə isə növbədənkənar seçkilərin baş tuta bilməsi üçün prosedur xarakteri daşıyır. //APA