İranda ötən sutkada 391 nəfər koronavirusdan ölüb

 18:07 03.05.2021     295

İranda ötən sutka ərzində 391 nəfər koronavirusdan (COVID-19) ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilir. 

Qeyd olunub ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 72,875 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 20,731 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2,555,587 nəfərə çatıb. //APA 

Vumart və Güvən reklamı Vumart Güvən