Movses Akopyan barəsində cinayət işi başlanıb

 18:27 03.05.2021     376

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi general-polkovnik Movses Akopyana ittiham irəli sürülüb və barəsində cinayət işi başlanıb.

Redaktor.az-ın xəbərinə görə, M.Akopyan bu barədə məlumatı “Sputnik Armenia”nın əməkdaşına təsdiqləyib.

Milli Təhlükəsizlik Xidməti (MTX) onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi (dövlət sirri təşkil edən məlumatı elan etmə) ilə cinayət işi başladıb.

General MTX-da dindirildiyini də vurğulayıb. Ondan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.

Xatırladaq ki, M.Akopyan ötən ilin noyabr ayında keçirdiyi mətbuat konfransında bir sıra səs-küylü açıqlamalar vermişdi. //APA