Daha bir erməni hərbçinin meyiti təhvil verilib

 19:22 03.05.2021     504

Qarabağdakı döyüşlər zamanı ölən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Meyitlər Füzuli-Hadrut-Qarnıyarıq dağı istiqamətində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1553-ə çatıb. //Qafqazinfo.az