Dünya üzrə koronavirusa yoluxma sayı azalıb

 21:30 03.05.2021     341

Dünyada son sutka ərzində 721,896 nəfər koronavirusa yoluxub, 11,711 nəfər ölüb. 

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 152,534,452 yoluxma hadisəsi, 3,198,528 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 53 faizdən çoxu Cənub-Şərqi Asiyanın (385,537) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (182,368) ilə Avropa (88,955)  bölüşür.

Qeyd edək ki, ötən gün dünyada son sutka ərzində koronavirusa yoluxma sayı 808,563, ölüm sayı isə 12,870 nəfər olmuşdu. //APA