SON DƏQİQƏ: Meksikada metro qəzası - Çoxlu sayda ölən var / VİDEO

Meksikanın paytaxtı Mexikoda metrostansiyada baş verən qəza zamanı 15 nəfər ölüb, 70-dən artıq adam isə xəsarət alıb.
Redaktor.az xəbər verir ki, hadisə Mexiko şəhərindəki 12 nömrəli metro xəttində qeydə alınıb. Metronun üst keçidi çöküb və bir vaqon aşağı düşüb.
"Milenio TV"-də yer alan görüntülərdə 12 nömrəli metro üst keçidinin uçaraq aşağıdakı avtomobillərin üzərinə aşdığı öz əksini tapıb.
Hadisə yerinə axtarış-xilasetmə briqadası cəlb olunub.
Ölənlərin sayının artacağı istisna olunmur.
Orxan İsmayılov / Redaktor.az

