Burkina-Fasoda kəndə silahlı hücum: - Ölənlər var

Burkina-Fasoda naməlum şəxslər tərəfindən edilən hücum nəticəsində azı 30 nəfər həyatını itirib.
Redaktor.az-ın məlumatına görə, hadisə Nigerlə sərhəddə yerləşən Hantoukoura kəndində baş verib.
Şəxsiyyətləri məlum olmayan silahlı şəxslər kəndə hücum edərək dinc sakinləri qətlə yetiriblər.
Qeyd edək ki, ölkədə oxşar hadisələr tez-tez yaşanır.
Orxan İsmayılov / Redaktor.az