İranda daha 344 nəfər koronavirusdan ölüb

İranda son sutkada koronavirusa 20 150 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ölkədə daha 344 nəfər COVID-19-dan ölüb.
İranda koronavirusa yoluxanların ümumi sayı 2 575 737, ölənlərin sayı isə 73 219 nəfərdir.
Orxan İsmayılov / Redaktor.az