Braziliyada müəllim və üç şagird qətlə yetirilib

 19:43 04.05.2021     143

Braziliyada məktəbdə müəllim və üç şagird öldürülüb.

Redaktor.az-ın məlumatına görə, hadisə Santa-Katarina ştatında baş verib.

Bildirilir ki, yeniyetmə iri bıçaqla müəllimə və şagirdlərə zərbələr endirib.

Polis hadisəni törədən şəxsi saxlayıb.

Faktla bağlı araşdırma aparılır. //APA