Britaniyada son sutkada 4 nəfər ölüb - COVID-19

 20:39 04.05.2021     415

Böyük Britaniyada son sutka ərzində 1946 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,423,796 nəfərə çatıb. 

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 4 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127,543 nəfərə çatıb. //APA