Bill Qeytsin vəkili 97 yaşlı milyarder olacaq

 00:17 05.05.2021     151

“Microsoft”un təsisçisi Bill Qeyts həyat yoldaşı Melisa Qeyts ilə boşanma prosesində özünə vəkil tutub.

Redaktor.az-ın məlumatına görə, dünyanın ən zəngin adamlarından biri olan Qeytsin vəkili 97 yaşlı milyarder Çarlz Manger olacaq.

Qeyd olunur ki, Manger hazırda digər bir amerikalı milyarder Uorren Baffetin “Berkshire Hathaway” holdinqində idarə heyəti sədrinin müavinidir. //Oxu.az