Türkiyədə karantin tədbirləri sərtləşdirilir

 22:41 04.05.2021     247

Mayın 7-dən etibarən Türkiyədə karantin rejimi ilə bağlı məhdudiyyətlər daha da sərtləşdiriləcək.

Redaktor.az-ın məlumatına əsasən, məhz bu tarixdən sonra marketlərdə yalnız əsas tələbat malları və gigiyena vasitələrinin satışına icazə veriləcək. 

Elektronika, oyuncaq, dəftərxana ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ-baxça üçün nəzərdə tutulmuş məhsulların satışı isə qadağan olunacaq.

Qeyd edək ki, daha əvvəl ölkə mağazalarında spirtli içkilərin satışı qadağan edilmişdi.

Məhdudiyyətlər mayın 17-dək qüvvədə qalacaq. //Oxu.az