Krımın ilhaqını dəstəkləyən reper Kiyevdə olub

 06:34 05.05.2021     121

Rusiyanın tanınmış reperi, Krımın ilhaqını dəstəkləyən Basta (Vasiliy Vakulenko) Kiyevə gəlib.

Redaktor.az məlumatına görə, ukraynalı fəal Sergey Sternenko onun Ukraynaya buraxıldığını bildirib.

Onun sözlərinə görə, reper Kiyevdə "Mokko" adlı restoranda çıxış edib.

Xatırladaq ki, Basta dəfələrlə Krıma səfər edib və yarımadanın Rusiya tərəfindən ilhaqını təqdir və təbliğ edib. //Report