Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək.
Redaktor.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti məlumat yayıb.
Türkiyə XİN başçısı mayın 6-da Almaniyaya gedəcək.
Səfər çərçivəsində baş tutacaq görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və Aİ-Türkiyə arasındakı əlaqələr müzakirə olunacaq. //APA