Pakistanda hərbi avtomobil partladılıb - Ölənlər var

Pakistanın Xeybar Pahtunhva əyalətində yola quraşdırılmış bomba ilə hərbi avtomobil partladılıb.
Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 2 hərbçi ölüb, daha 2 nəfər isə xəsarət alıb.
Hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, Pakistan təhlükəsizlik qüvvələri bölgədə "Taliban"a qarşı əməliyyatlar həyata keçirir.
Orxan İsmayılov / Redaktor.az