TƏCİLİ: Nəhəng raket nəzarətdən çıxdı: Bu şəhərlərə düşə bilər - BAKI DA VAR...

 11:59 06.05.2021     2948

Çinin kosmosa göndərdiyi raketin nəzarətdən çıxdığı və 8-10 may tarixləri arasında yerə düşəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Mayk Hovard, Çinin 29 aprel tarixində milli kosmik stansiyanın əsas modulunu işə salarkən istifadə etdiyi "Long Marck 5B" tipli raketin nəzarətdən çıxdığını və həftəsonu yerə düşəcəyinin gözlənildiyini bildirib. Hovard raketin hansı əraziyə düşməsinin qəzadan yalnız bir neçə saat əvvəl proqnozlaşdırıla biləcəyini qeyd edib.

22 tonluq raketin idarəetmədən çıxdıqdan sonra atmosferdə bəzi hissələrinin yandığı, lakin digər hissələrinin yaşayış sahələrinə düşmə ehtimalı olduğu ifadə edilib.

Məlumata görə, raket 40-41 dərəcə şimal və cənub paralelləri arasındakı hər hansı əraziyə düşə bilər. Bu paralellərdə Nyu-York, Sidney, Pekin, Madrid, İstanbul və hətta Bakı kimi şəhərlər yerləşir.

Lakin raketin sözügedən ərazilərə düşmə ehtimalı aşağı hesab olunur.

Orxan İsmayılov / Redaktor.az

2