SON DƏQİQƏ: İsrailə raket zərbələri endirildi - VİDEO

 10:57 10.05.2021     924

İsrailin havadan müdafiə sistemləri Fələstin tərəfindən atıldığı bildirilən raketlərə görə işə salınıb.

Redaktor.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrindən (IDF) məlumat verilib.

Qeyd olunub ki, İsrailin cənub hissəsindəki Aşkelon şəhərinə Qəzza zolağından iki raket atılıb. Bu səbəbdən havadan müdafiə sistemləri aktiv hala gətirilib.

Raketlərdən biri havada vurulub, digəri isə boş əraziyə düşüb. 

Orxan İsmayıl / Redaktor.az