ABŞ-da daha 239 nəfər ölüb - COVID-19

 10:42 11.05.2021     1064

ABŞ-da son bir gündə koronavirusa 21 557 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 239 nəfər COVID-19-dan ölüb.

ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 32 708 348, ölənlərin sayı isə 581 756 nəfərdir.

Orxan İsmayılov / Redaktor.az