Rusiyada məktəbə silahlı hücum - Çoxlu sayda ölən var / VİDEO

 12:10 11.05.2021     1470

Kazanda orta məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 13-ə yüksəlib.

Redaktor.az bu barədə "RIA Novosti"yə istinadən xəbər verir.

Qeyd olunub ki, ərazidə partlayış da baş verib. 

Şagird və müəllim heyəti təxliyə olunub.

***          ***          ***

Tatarıstanın paytaxtı Kazan şəhərində məktəb yaxınlığında silahlı insident baş verib.

Redaktor.az bildirir ki, ilkin məlumatlara görə, bir müəllim və səkkiz şagird həyatını itirib.

Hadisə yerinə təhlükəsizlik əməkdaşları cəlb olunub.

Atəş açanlardan birinin tutulduğu bildirilir.

Orxan İsmayılov / Redaktor.az