Koronavirusla bağlı STATİSTİKA - Hər yoluxan 50 nəfərdən biri...

 15:50 15.05.2021     548

Dünyada koronavirus infeksiyasına yoluxanların 2,07 %-i həyatını itirib.

Redaktor.az-ın məlumatına görə, bu, ümumi yoluxma faktlarının sayını nəzərə alaraq tərtib olunan siyahıda öz əksini tapıb.

Bu günə qədər dünyada COVID-19-a 161 milyondan artıq yoluxma halı qeydə alınıb. Virus səbəbiylə 3 360 651 nəfər ölüb. 

İndiyədək dünya əhalisinin təxminən 2,02 %-də sözügedən virus aşkarlanıb. 139 748 979 nəfər müalicə olunaraq sağalıb.

Orxan İsmayılov / Redaktor.az