Xorvatiyada sabah səsvermə keçiriləcək

 21:14 15.05.2021     260

Xorvatiyada sabah bələdiyyə başçıları və bələdiyyə məclis üzvlərini seçmək üçün səsvermə keçiriləcək.

Redaktor.az xəbər verir ki, seçkilərdə 3 milyon 660 min 165 qeydiyyatdan keçmiş seçici səs verə biləcək.

Xorvatiya Mərkəzi Seçki Komissiyasından verilən açıqlamada COVID-19-dan müalicə olunan şəxslərin öz səslərini poçt yolu ilə göndərə biləcəkləri ifadə olunub.

Seçkilərdə 38 mindən çox namizəd iştirak edəcək.

Orxan İsmayılov / Redaktor.az