1,5 milyon əhalisi olan şəhər boşaldılır - Vulkan püskürüb

 12:10 23.05.2021     473

Afrikanın ən aktiv vulkanlarından biri olan Nyiraqonqo vulkanı püskürüb.

Redaktor.az xəbər verir ki, Konqo Respublikasında olan vulkanın püskürməsi səbəbindən 1,5 milyon əhalisi olan Qoma şəhəri təhlükəylə üzləşib. Sakinlərin təhlükəsiz bölgələrə təxliyəsinə başlanılıb.

Qeyd edək ki, Nyiraqonqo sonuncu dəfə 2002-ci ildə püskürüb. Nəticədə 250 nəfər ölüb, 120 mindən artıq insan isə evsiz qalıb.

Orxan İsmayılov / Redaktor.az