Vyetnamda parlament seçkiləri keçirilir

 14:17 23.05.2021     324

Səsvermə hüququ olan 18 yaşından yuxarı 69 milyondan çox Vyetnam vətəndaşı bu gün birpalatalı Milli Assambleyaya (parlamentə) millət vəkili seçir.

Redaktor.az-ın məlumatına görə, vətəndaşların iradəsini sərbəst ifadə etmək üçün yerli vaxtla saat 07:00-da 84 767 seçki məntəqəsi açılıb.

2021-ci ildən 2026-dək səlahiyyət müddəti ilə ölkə parlamentinin 15-ci cağırışının 500 deputat mandatı üçün müraciət edənlərin son siyahısına 866 nəfər daxil olub. //Trend.az