Ukraynada turistlərlə dolu hava şarı qəzaya uğrayıb

Ukraynanın Kamenets-Podolskiy şəhəri yaxınlığında hava şarı qəzaya uğrayıb.
Redaktor.az-ın məlumatına görə, qəza nəticəsində bir turist həlak olub, daha 5 nəfər xəsarət alıb.
Xəsarət alanlarxəstəxanaya yerləşdirilib.
Hava uçuşları qaydalarının pozulması maddəsi ilə istintaq başlanılıb. //Trend.az