Xəstələrin ölməməsi üçün gözləri çıxardılır - DƏHŞƏTLİ VİRUS YAYILDI

 15:57 23.05.2021     708

Hindistanda "qara kif" epidemiyası durmadan artır.

Redaktor.az xəbər verir ki, son bir neçə həftədə 8 800-dən çox insanda sözügedən virusun əlamətləri aşkarlanıb. Mukormikoz olaraq da adlandırılan infeksiyanın ölüm nisbətinin 50 % olduğunu açıqlayan mütəxəssislər, həkimlərin bəzi xəstələrin həyatını xilas etmək üçün gözlərini çıxartmaq məcburiyyətində qaldıqlarını qeyd edirlər.

COVID-19 virusunun müalicəsində istifadə olunan steroidlər ilə "qara kif" arasında əlaqə olduğu və diabet xəstələrinin böyük risk altında olduqları vurğulanıb.

BBC-yə danışan hindistanlı həkimlər koronavirusdan sağalan bəzi insanlarda 12-18 gün sonra "qara kif" aşkar edildiyini bildiriblər. Virus ən çox ölkənin Qujarat və Maharaştra əyalətlərində aşkarlanıb. 

Orxan İsmayılov / Redaktor.az