İranda terror qruplaşmasının üzvləri həbs edilib

 07:20 24.05.2021     301

İranın Qərbi Azərbaycan vilayətində 3 terrorçu qruplaşma zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı vilayətin kəşfiyyat idarəsindən bildiriblər. Qeyd olunub ki, terrorçu qruplar qanunsuz yollarla İrana daxil olub və müxtəlif yerlərdə aksiyalar törətməyi planlaşdırıblar. Terrorçuların İŞİD radikal dini qruplaşmanın mənsubları olduğu bildirilib.

Həbs olunanlar var. İstintaq aparılır və onların İrandakı əlaqələri müəyyən edilir. //Azərtac